📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğız və tacik sərhədçilər yenə toqquşdular - ölən və yaralananlar var

2022-03-10 17:17:00

Qırğız və tacik sərhədçilər yenə toqquşdular - ölən və yaralananlar var

Martın 10-da səhər saatlarında Qırğızıstan-Tacikistan sərhədinin Batken rayonunun Teskey kəndi yaxınlığında hər iki ölkənin sərhədçiləri arasında güclü silahlı toqquşma baş verib.

AZƏRTAC Qırğızıstan Sərhəd Xidmətinin mətbuat mərkəzinə istinadla xəbər verir ki, ilkin məlumata görə, toqquşma nəticəsində 1 sərhədçi həlak olub, 30 hərbçi yaralanıb.

Hazırda Qırğızıstan və Tacikistanın sərhəd qurumlarının rəhbərləri arasında danışıqlar aparılır.

Silahlı toqquşmanın baş verdiyi ərazidə sərhədlər müəyyən olunmadığından burada tez-tez müxtəlif səviyyəli qarşıdurmalar baş verir. Bu ərazidə sonuncu silahlı toqquşma bu il yanvarın sonunda olmuşdu.

azertag.az