📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstan Azərbaycanın təşəbbüsünü dəstəkləyir - Japarov

2026-10-15 15:25:07

Qırğızıstan Azərbaycanın təşəbbüsünü dəstəkləyir - Japarov

Qırğızıstan Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) sədrliyinin 2028-ci ilədək uzadılması təşəbbüsünü dəstəkləyir.

Hurriyyet.net  xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda keçirilən AQEM-in VII sammitində bildirib.

"Azərbaycan tərəfinin sədrliyi 2028-ci ilədək davam etdirmək təşəbbüsünü alqışlamaq istərdim. Bu, Müşavirənin fəaliyyətində ardıcıllığın qorunmasına və qarşılıqlı etimadın gücləndirilməsinə imkan verəcək", – o deyib.

Japarov əlavə edib ki, Qırğızıstan Respublikası AQEM-in ümumi fəaliyyətinə lazımi dəstəyi göstərməyə və öz töhfəsini verməyə hazırdır.