📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstan “Bayraktar TB2” dronları alacaq

2021-10-22 17:59:00

Qırğızıstan “Bayraktar TB2” dronları alacaq

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Qırğızıstan Türkiyədən “Bayraktar TB2” Silahlı Pilotsuz Uçuş Aparatı alacaq.

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsinin sədri, general Kamçibek Taşiyevin sözlərinə görə, Bişkek artıq Ankaraya dron partiyasının alınması üçün sifariş göndərib. Dronların yaxın zamanda qırğız ordusunun arsenalına daxil olacağı gözlənilir. Dronları idarə edəcək operatorlar artıq Türkiyədə təlimlərini başa vurublar.

Komitə sədri bildirib ki, Qırğızıstan artıq Rusiyadan “Orlan-10” hücum dronları və snayper tüfəngləri də alıb.

 

Hürr Tərcüman