Qırğızıstan da Rusiyadan üz döndərir...
Qırğızıstan ABŞ və Aİ ilə məsləhətləşmələrdən sonra ixraca nəzarəti gücləndirib. Ölkənin gömrük xidməti risklərin idarə edilməsi sisteminə ikili təyinatlı məhsulları daxil edib.
İyulun 18-də “The Washington Post” məlumatlı amerikalı rəsmilərə istinadən yazıb ki, Birləşmiş Ştatlar Rusiya Federasiyasına sanksiyalardan yayınmağa kömək etmək üçün Qırğızıstana qarşı iqtisadi tədbirlər hazırlayır.
Eləcə də Qırğızıstan sanksiya tətbiq edilən malların sərhəddən keçirilməsinin qarşısını almaq üçün tədbirlər görəcək.
ABŞ administrasiyasının Qırğızıstana qarşı iqtisadi tədbirlər hazırlaması ilə bağlı xəbərləri şərh edən Nazirlər Kabinetinin rəhbəri açıqlayıb ki, Japarov “Gələcəkdə sanksiyalara məruz qalan malların sərhədimizi keçməməsi və sanksiyalar olan yerə getməməsi üçün tədbirlər görüləcək”.
O, ölkədə ticarətin şəffaflığının təmin edilməsi yolu ilə bu cür risklərin aradan qaldırılması istiqamətində fəal iş aparıldığını vurğulayıb.
Ülviyyə, Hurriyyet.az