Qırğızıstan öz ərazisində Rusiyanın biolaboratoriya yaratmasına razılıq verməyib
2022-04-19 17:30:00
Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Qırğızıstan öz ərazisində Rusiynın BSL3 (üçüncü dərəcəli təhlükəsizlik səviyyəsi) bioloji laboratoriyasının yaradılmasına qarşı çıxıb. Bu barədə açıqlamanı Qırğızıstanın Səhiyyə Nazirliyinin Mətbuat Xidməti verib.
Açıqlamada deyilir: “Ticari-iqtisadi, elmi-texniki və humanitar əməkdaşlıq üzrə Qırğızıstan-Rusiya hökumətlərarası komissiyasının aprelin 14-də Moskva şəhərində keçirilən 23-cü iclasının gedişində tərəflər Qırğızıstan ərazisində BSL3 bioloji laboratoriyasının yaradılması ilə bağlı fikir mübadiləsi aparıblar. Qeyd etməliyik ki, Qırğızıstan tərəfi bu layihənin reallaşdırılmasına qarşı çıxış edib”.
Hürr Tərcüman