📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstan Prezidenti ruspərəst məmurları danladı

2022-12-28 15:54:00

Qırğızıstan Prezidenti ruspərəst məmurları danladı

Hurriyyet.az xəbər verir ki, Qırğızıstan Prezidenti Sadır Japarov Respublikanın NazirlərKabinetinin iclasındakı çıxışı zamanı sənədləşmələri rus dilində apardıqları üçün məmurları tənqid edib.

Dövlət başçısı deyib: “Qırğız olduğumuz halda, sənədləşməni yalız rus dilində aparmaq düzgün deyil. Dövlət dilinin payı 50%-dən az olmamalıdır”.

Qırğızıstan Prezidentinin sözlərinə görə, ölkədə eləbir şərait yaratmaq lazımdır ki, respublikanın istənilən vətəndaşı dövlət dilində sərbəst şəkildə yazıb-oxya bilsin: “Dilə laqeyd münasibət belə davam edərsə, o, inkişaf etməyəcək”.

Hürr Tərcüman