Qırğızıstan prezidentindən AÇIQLAMA: "2024-cü ilin oktyabrında Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlamaq planlaşdırılır"
2024-05-08 09:09:01
Qırğızıstan prezidenti Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinin başlanma tarixini açıqlayıb.
"2024-cü ilin oktyabrında Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisinə başlamaq planlaşdırılır", deyə Qırğızıstan Prezidenti Sadır Japarov Oşa işgüzar səfəri zamanı açıqlama verib.
Daha əvvəl Özbəkistanın nəqliyyat nazirinin müavini Jasurbek Çoriyev bildirmişdi ki, “ÇXR-Qırğızıstan-Özbəkistan” dəmir yolu layihəsinin həyata keçirilməsinin dəyəri 5,1 milyard dollardır.
Ülviyyə, Hurriyyet.az