Qırğızıstan Türkiyədən dron alıb
2023-01-17 20:50:00
Hurriyyet.az xəbər verir ki, Qırğızıstan Türkiyədən “Anka” modelindən olan Pilotsuz Uçuş Aparatı alıb. Bu barədə məlumatı Qırğızıstan Prezident Aparatının İnformasiya Siyasəti Şöbəsinin müdiri Dayırbek Orunbekov verib.
O, “Feysbuk” səhifəsində yazıb: “Qırğızıstana əvvəllər görünməmiş müasir hərbi texnika – “Bayraktar”, “Aksunqur”, “Akıncı”, “Anka” alınıb gətirilib”. Alınmış texnikanın sayı barəsində məlumat verilməyib.
Hürr Tərcüman