Qırğızıstanda ABŞ bazası yerləşdirilməyəcək
2021-10-23 15:06:00
Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadən xəbər verir ki, Qırğızıstanın Prezidenti Sadır Japarov bu gün keçirilən mətbuat konfransında Qırğızıstanın öz ərazisində ABŞ aviasbazası yerləşdirməyəcəyini söyləyib. O, antiterror koalisiyasının Əfqanıstandan çıxmasından sonra ABŞ-ın aviabazasının Qırğızıstanın ərazisində yerləşdirilməsinin mümkün olub-olmadığı barəsində sualın cavabında deyib: “Bizim Kantda Rusiya bazası var. Bir baza bizə kifayətdir. Biz öz ərazimizdə iki baza yerləşdirməklə, dövlətlərlə siçan-pişik oynamaq istəmirik”.
Hürr Tərcüman