📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstanda axtarışda olan “Hizb ut-Təhrir” üzvü saxlanıldı

2024-07-12 12:10:59

Qırğızıstanda axtarışda olan “Hizb ut-Təhrir” üzvü saxlanıldı

Qırğızıstanın Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTK) Kara-Su şəhərində 2002-ci ildən axtarışda olan “Hizb ut-Təhrir” üzvü olan şəxsi saxlayıb. Onun qonşu ölkələrin hüquq-mühafizə orqanları tərəfindən də axtarışda olduğu bildirilir.
Hizb-ut-Təhrir (İslam Azadlıq Partiyası) 1953-cü ildə Təqi əd-din ən-Nəbhani tərəfindən Qüdsdə (o vaxt İordaniyanın nəzarətində idi) yaradılmışdır. Təşkilat 50-dən çox ölkədə fəaliyyət göstərir və dünya üzrə təxminən bir milyon üzvü var. Təşkilatın filialları Yaxın Şərq və Şimali Afrikada, Cənub-Şərqi Asiya ölkələrində (İndoneziya və Malayziya) və Aİ-də fəaliyyət göstərir. 1990-2000-ci illərdə Təşkilat xüsusilə Mərkəzi Asiya ölkələrində, Rusiya Federasiyasında və Ukraynada fəallıq göstərmişdir.

Ülviyyə, Hurriyyet.az