📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstanda helikopter qəzasına görə HHQ-nin sabiq rəhbəri həbs olundu

2026-11-21 21:33:39

Qırğızıstanda helikopter qəzasına görə HHQ-nin sabiq rəhbəri həbs olundu

Bişkek məhkəməsi 2024-cü ildə baş vermiş helikopter qəzası işi çərçivəsində Qırğızıstan Hərbi Hava Qüvvələrinin (HHQ) sabiq rəhbəri Qılıçbek Aydarəliyev və hərbi hissənin keçmiş komandiri Daniyar Davitaxunov barəsində həbs qətimkan tədbiri seçib.

Oxu.Az xəbər verir ki, bu barədə Qırğızıstan Ali Məhkəməsinin Mətbuat Xidməti açıqlama yayıb.

Qeyd olunur ki, uçuş və ya ona hazırlıq qaydalarını pozmaqda təqsirləndirilən Aydarəliyev və Davitaxunov məhkəmənin qərarı ilə 2026-cı il dekabrın 19-dək həbsdə saxlanılacaqlar.

Vurulan ziyanın ağırlıq dərəcəsindən asılı olaraq, bu qayda pozuntusuna görə cərimə və ya 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Xatırladaq ki, 2024-cü il yanvarın 17-də Qırğızıstan Silahlı Qüvvələrinə məxsus "Mi-8MTV" helikopteri təlim-məşq uçuşları zamanı qəzaya uğrayıb. Hadisə nəticəsində bir hərbi qulluqçu həyatını itirib, daha 11 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.