📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstanda “Tik Tok”u əngəlləmək qərara alınıb

2023-08-30 13:48:52

Qırğızıstanda “Tik Tok”u əngəlləmək qərara alınıb

Hurriyyet.az xəbər verir ki, Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi “Tik Tok” sosial şəbəkəsinin ölkə ərazisində əngəlləməsinin zəruri olduğunu qərara alıb və bununla əlaqədar Rəqəmsal İnkişaf Nazirliyinə müraciət təqdim edib.

“Tik Tok” şəbəkəsinin istifadəçini qısa kliplərin virtual dünyasına qərq elədiyi və onlara baxdıqdan sonra yeniyetmədə həyatı üçün təhlükəli olmasına rəğmən həmin çarxları təkrarlamaq istəyinin yarandığı qeyd edilir. Qırğızıstanın Mədəniyyət, İnformasiya, İdman və Gənclər Siyasəti Nazirliyi bildirir: “Həmçinin, hələ tam formalaşmamış uşaq psixikası tez təsirə məruz qaldığından bu şəbəkə asılılıq yaradaraq yetişməkdə olan nəslin emosional vəziyyətinə pis təsir göstərir”.

Hürr Tərcüman