📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstandakı aviabaza Rusiya hərbçilərinə verilir

2023-10-11 13:49:16

Qırğızıstandakı aviabaza Rusiya hərbçilərinə verilir

Qırğızıstan Rusiya ilə birgə sistemə daxil olur

Hurriyyet.az “İnterfaks” agentliyinə istinadla xəbər verir ki, Qırğızıstan parlamenti RF ilə birgə regional HHM (Hava Hücumundan Müdafiə) sistemi yaradılması barəsində razılaşmanın lehinə səs verib.

Müqavilə 2022-ci ilin avqustunda, Moskvada imzalanıb. Rusiya hərbçilərinin yerləşdirilməsi üçün Qırğızıstan Kant şəhərindəki aviabazanın yaxınlığındakı 5 hektar torpaq sahəsini qarşılıqsız şəkildə Rusiyaya verir. Müqavilə 5 illik müddətə imzalanıb.

Razılaşmanın ratifikasiyası ilə bağlı qanunu RF Prezidenti V.Putin imzalayıb. Qırğızıstan parlamentinin razılığından sonra Qırğızıstan Prezidenti Sadır Japarov da sənədə qol çəkəcək.

Hürr Tərcüman