📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstanın baş naziri: Artıq Orta Asiyada su ehtiyatları uğrunda şou olmayacaq

2024-06-19 11:42:21

Qırğızıstanın baş naziri: Artıq Orta Asiyada su ehtiyatları uğrunda şou olmayacaq

Artıq Orta Asiyada su ehtiyatları uğrunda şou olmayacaq. Bu sözləri Qırğızıstann baş naziri ifadə edib. 

“Bu yaxınlarda Özbəkistan və Qazaxıstanla Qırğızıstan ərazisində Kambar-Ata SES-1-in birgə tikintisinə dair sazişin imzalanması Orta Asiya ölkələrinin ümumi məqsədlərə nail olmaq və qlobal problemləri həll etmək üçün necə birləşə biləcəyinə bir nümunədir. Bu layihə regionda enerji inteqrasiyasının inkişafında yeni mərhələnin simvoludur”, - deyə Qırğızıstanın Baş naziri Japarov “MINEX Central Asia” 10-cu mədən-geoloji forumunda bildirib. O qeyd edib ki, “Bəzi sensasiyalı jurnalistlərin proqnozlaşdırdığı kimi, daha Mərkəzi Asiyada su ehtiyatları uğrunda şou olmayacaq”.

Ülviyyə, Hurriyyet.az