Qırğızıstanın kəndləri işğaldan azad edilib
Hurriyyet.az Centrasia.org xəbər verir ki, Qırğızıstan Prezidentinin Batken vilayətindəki səlahiyyətli nümayəndəsi Abdikarim Alimbəyov ötən gecə atışmanın olmadığını, lakin vəziyyətin ağır olaraq qaldığını bildirib. Onun sözlərinə görə, Tacikistan tərəfi ilə birlikdə sərhəddəki vəziyyətin nizamlanması ilə bağlı iş aparılır. Alimbəyov deyib: “Dünən qırğız kəndləri azad edilib, orada bizim bölmələrimiz çalışıblar”.
16 sentyabr tarixində Tacikistan ilə Qırğızıstan sərhədində intensiv döyüşlər gedib. Qırğızıstan hərbçiləri Batken rayonun Ay-Say yaşayış məntəqəsini, Leylək tayonunun Arka, Borboduk və İnternasional məntəqələrini işğaldan azad ediblər.
Xəbər verdiyimiz kimi, 14 sentyabrdan bəri Qırğızıstanın Batken və Leylek rayonlarının Tacikistanla sərhəd kəndlərindən 120 minə yaxın vətəndaş evindən didərgin düşüb. Tacikistandan açılan atəş nəticəsində qırğızların evləri yanıb və dağıdılıb.
Hürr Tərcüman