📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstanın milli komandası dələduzların qurbanı oldu

2026-08-04 15:11:48

Qırğızıstanın milli komandası dələduzların qurbanı oldu

Qırğızıstanın taekvondo üzrə milli komandası dələduzların hədəfinə çevrilib.

Hurriyyet.Media  "Sputnik Qırğızıstan"a istinadən xəbər verir ki, bu səbəbdən milli komanda Monqolustanda keçiriləcək Asiya çempionatında iştirak etməmək təhlükəsi ilə üz-üzə qalıb.

Federasiyanın vitse-prezidenti Sardor Rəhimşayxovun sözlərinə görə, bu gün komanda akkreditasiya prosesindən keçməli, sabah isə turnirdə çıxışlarına başlamalı idi.

"Planımıza əsasən, Almatıdan Pekin vasitəsilə Ulan-Batora uçmalı idik. Biletlərin alınması üçün 2 milyon som (təxminən 39 000 manat - red.) vəsait köçürsək də məlum oldu ki, biletlər alınmayıb", - deyə o bildirib.

Hazırda milli komanda çempionata yollanmaq üçün çıxış yolları axtarır və kömək məqsədilə maraqlı şəxslərə müraciət edir.