📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstanın sabiq baş naziri Ağdama gəldi

2023-05-25 17:19:00

Qırğızıstanın sabiq baş naziri Ağdama gəldi

Qırğızıstanın keçmiş baş naziri Comart Otorbayev Ağdamda keçirilən II Beynəlxalq Minalardan Təmizləmə Konfransında iştirak edir.

O, "Mən Qarabağa qardaş Azərbaycan xalqına simpatiyamı ifadə etmək üçün gəlmişəm" sözləriylə gəliş səbəbini açıqlayıb. Sabiq baş nazir həmçinin bildirib ki, "Minatəmizləmə son dərəcə vacib, milli məsələdir. Bu ərazilərdəki minaların sayı və növləri insanı şoka salır. Otorbayev eləcə də bildirib ki, ərazilərin minalanması qeyri-insani addımdır".

Ülviyyə, Hurriyyet.az