Qırğızıstanın yeni bayrağının rəsmi təqdimatı keçirildi
2024-01-08 14:41:02
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkek şəhərində yeni dövlət bayrağının ilk dəfə qaldırılması mərasimi keçirilib. Bu barədə açıqlamanı respublika hökumətinin mətbuat xidməti verib.
Açıqlamada deyilir: "Nazirlər Kabinetinin sədri, Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov Bişkekin "Ala-Too" adlanan mərkəzi meydanın Qırğızıstan Respublikasının dövlət bayrağının qaldırılması mərasimində iştirak edib".
Qırğızıstanın dövlət bayrağında qismən dəyişikliklər aparılması barəsində yeni qanuna əsasən indən belə bayraq üzərindəki günəş şüaları dalğalı yox, düz xətlərlə əks olunacaq. Qanun rəsmən 2023-cü il 26 dekabr tarixindən qüvvəyə minib.
Hürr Tərcüman