📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstanla Tacikistan sərhədində delimitasiya və demarkasiya məsələlərinə baxılacaq

2022-02-07 15:03:00

Qırğızıstanla Tacikistan sərhədində delimitasiya və demarkasiya məsələlərinə baxılacaq

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Qırğızıstanla Tacikistanın işçi qrupları delimitasiya və demarkasiya məsələlərini müzakirə edəcəklər.

2021-ci il 1 may tarixindən keçən müddət ərzində iki dövlət arasındakı sərhəd xəttinin 81 kilometrindən çoxu dəqiqləşdirilib.

Tacikistan ilə Qırğızıstan arasındakı dövlət sərhəd xəttinin delimitasiya və demarkasiyası üçün iki ölkə nümayəndələrinin topoqrafiya qruplarının növbəti görüşü 10-15 fevral tarixində keçiriləcək.

Qırğızıstanla Tacikistan arasındakı sərhəd xəttinin müəyyənləşdirilməsində 1924-1927-ci illər və 1989-cu il sənədlərindən də istifadə ediləcək.

Hürr Tərcüman