📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstanla Tacikistan sərhədində gərginlik

2021-11-06 15:00:00

Qırğızıstanla Tacikistan sərhədində gərginlik

Hurriyyet.az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, Qırğızıstanla Tacikistan arasındakı sərhəddə gərginlik yaranıb. Tacik hərbçilər qırğız sərhədçinin maşınına daş atıblar. Bu barədə açıqlamanı Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidmətinin mətbuat mərkəzi verib.

Bişkekdən verilən açıqlamada deyilir: “Arka-Borborduk avtomobil yolunun Leylək rayonundan keçən hissəsində, “Boston” yanacaqdoldurma stansiyasının qarşısında Qırğızıstan Respublikasının Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Xidmətinin hərbçisi özünün “Honda Accord” markalı avtomobilində yolu dönmək istəyib. Manevr zamanı qırğızıstanlının avtomobilinə Tacikistanın beş nəfər hərbçisi daş atıb”.

Onun sözlərinə görə tacikistanlılar qırğızıstanlını tutmağa çalışsalar da, buna nail olmayıblar.

“QR MTDK SX-nin hərbçisi zərər çəkməsədə, maşını zədələnib – şüşələri sındırılıb. Fakt üzrə təhqiqat aparılacaq. Qırğızıstanın Leylək və Tacikistanın Qançin rayonlarının sərhəd xidmətlərinin təmsilçilərinin görüşünün keçirilməsi planlaşdırılır”.

Tacikistan tərəfi bununla bağlı açıqlama verməyib.

Qırğızıstan-Tacikistan sərhədlərində delimitirasiya edilməmiş sahələrin olması, bəzi ərazilərin sərhədlərinin dəqiqləşdirilməməsi vaxtaşırı sərhədçilər və yerli əhali arasında münaqişələr yaranmasına səbəb olur.

 

Hürr Tərcüman