📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırğızıstanla Tacikistan sərhədində növbəti atışma baş verib, yaralanan var

2022-04-12 20:59:00

Qırğızıstanla Tacikistan sərhədində növbəti atışma baş verib, yaralanan var

Qırğızıstan və Tacikistan sərhədçiləri arasında bir gündə ikinci atışma çərşənbə axşamı iki dövlətin sərhədində baş verib.

Bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2022-ci il aprelin 12-də dövlət sərhədinin Qırğızıstan-Tacikistan hissəsində silahdan istifadə ilə bağlı təkrar insident baş verib”, - məlumatda deyilir.

Bu dəfə atışma 30 dəqiqəyə yaxın davam edib, nəticədə bir qırğız əsgəri yaralanıb. \\Report