📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırmızı Bazar qəsəbəsinə 17 ailə yola salındı

2026-04-21 15:05:56

Qırmızı Bazar qəsəbəsinə 17 ailə yola salındı

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə növbəti köç karvanı yola salınıb.

Modern.az xəbər verir ki, bu mərhələdə Xocavəndin Qırmızı Bazar qəsəbəsinə 17 ailə - 74 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.