📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırmızı Bazar qəsəbəsinə çatan növbəti 16 ailəyə mənzillərin açarları təqdim olunub

2026-04-28 17:36:21

Qırmızı Bazar qəsəbəsinə çatan növbəti 16 ailəyə mənzillərin açarları təqdim olunub

Növbəti köç karvanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə çatıb.

"Report" xəbər verir ki, bu mərhələdə Qırmızı Bazar qəsəbəsinə köçürülən 63 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.