📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırmızı Bazarda nə baş verir? - Müdafiə Nazirliyindən açıqlama

2022-09-12 13:47:00

Qırmızı Bazarda nə baş verir? -  Müdafiə Nazirliyindən açıqlama

Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən Xocavənd rayonunun Qırmızı Bazar yaşayış məntəqəsi istiqamətində guya atəşin açılması və nəticədə mülki infrastruktura ziyan dəyməsi barədə yayılan məlumat yalandır, heç bir real əsası yoxdur və həqiqəti əks etdirmir. 

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

"Bu məlumatı qəti surətdə təkzib edirik", - rəsmi açıqlamada qeyd olunub.