📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırmızı dəniz hövzəsində gərginlik artır: Hüsilərin növbəti hərbi zəfəri küçələrdə qeyd olundu

2026-10-05 18:15:30

Qırmızı dəniz hövzəsində gərginlik artır: Hüsilərin növbəti hərbi zəfəri küçələrdə qeyd olundu

Yəməndəki "Ənsar Allah" (hüsilər) həərəkatının silahlı qüvvələri Taiz əyalətində strateji əhəmiyyətə malik Ət-Turba şəhərinə daxil olaraq nəzarəti tamamilə ələ keçiriblər.

Hurriyyet.net  xəbər verir ki, hücum nəticəsində Səudiyyə Ərəbistanı tərəfindən dəstəklənən Yəmən hökumət qoşunları şəhərdən tamamilə çıxarılıb.

Yaşayış məntəqəsi üzərində nəzarət təmin edildikdən dərhal sonra şəhərin mərkəzi bazarında və küçələrdə hüsi tərəfdarları tərəfindən kütləvi bayram qeydələri və nümayişlər təşkil olunub.

Ət-Turba şəhərinin nəzarətə götürülməsi hüsilərə Taiz əyalətinin cənub istiqamətində və strateji dəniz marşrutlarına yaxın ərazilərdə mövqelərini daha da möhkəmləndirmək imkanı yaradır.