📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qırmızı dənizdən keçmək istəyənlər husilərdən icazə almalıdırlar

2024-03-05 13:38:01

Qırmızı dənizdən keçmək istəyənlər husilərdən icazə almalıdırlar

Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Yəmən sularından keçmək istəyən gəmilər husilərdən icazə almalıdırlar. Bu barədə məlumatı Qərb mətbuatı hərəkatın telekommunikasiya naziri Misfer Əl Numairaya istinadla yayıb. Müvafiq sənədi Yəmən Dəniz İdarəsi verəcək. Husilərin təsir dairəsinə Qırmızı dənizlə Ədən dənizini birləşdirən Babül Məndəb boğazının yarısı daxildir. Əl Numaira deyib: "Biz icazə müraciətləri ilə bağlı yardıma hazırıq".
Qərb mətbuatının yazdığına görə, adi şəraitdə Babül Məndəb boğazından dünya dəniz daşımalarının 15 faizi, dünya dəniz konteyner yükdaşımalarının dörddə birindən çoxu keçirdi. Lakin hazırda Yəmənin paytaxtı Səna şəhəri də daxil olmaqla, ölkənin mühüm hissəsinə nəzarət edən husilər Qırmızı dənizdən keçən bir çox gəmiləri Qəzza ilə müharibə edən İsrailə yardımda ittiham edərək atəşə tutmağa başlayıblar. Buna cavab olaraq ABŞ ilə Böyük Britaniya husilərin Yəməndəki obyektlərinə ardıcıl şəkildə zərbələr endirirlər.
Hürr Tərcüman