📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qırmızı körpü"də 300 avtomobil gözləyir

2024-10-21 17:53:23

Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı körpü" gömrük postunda 300 avtomobil gözləyir.

Hurriyyet.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, "Mazımqara" gömrük postunda 7, “Samur” gömrük postunda 65, "Biləsuvar" gömrük postunda 37, "Astara" gömrük postunda isə 21 yük maşını var.

“Xanoba” gömrük postunda gözləmədə olan yük avtomobili yoxdur.