📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qırmızı Körpü"də 700 yük maşını növbə gözləyir

2026-08-21 20:05:02

Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda 700 yük nəqliyyat vasitəsi canlı növbədə gözləyir.

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinidən (AYNA) bildirilib. 

Sərhəd-keçid məntəqələrində giriş və çıxışda canlı növbədə olan yük nəqliyyat vasitələrinin sayına dair məlumata əsasən, Azərbaycan-Rusiya sərhədindəki “Samur” gömrük postunda 134, “Xanoba” gömrük postunda isə 1 yük maşını növbədədir.

Azərbaycan-Gürcüstan sərhədindəki “Mazımqara” gömrük postunda 7 yük nəqliyyat vasitəsi gözləyir. Azərbaycan-İran sərhədində yerləşən “Astara” gömrük postunda isə növbədə 52 yük maşını var.

Hazırda “Biləsuvar” gömrük postunda canlı növbədə gözləyən yük nəqliyyat vasitəsi yoxdur.