“Qış qartalı” – Türkiyə Suriya ilə İraqda uğurlu antiterror əməliyyatı keçirdi
Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə hərbçilərinin Suriyada və İraqın şimalında apardığı “Qış qartalı” antiterror əməliyyatı uğurla nəticələnib, çox sayda terrorçu zərərsizləşdirilib.
Bu barədə açıqlamanı Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar verib. Nazir təyyarələrin terror hədəflərini məhv etdikdən sonra Türkiyədəki bazalara qayıtdığını bildirib. Hulusi Akar hava zərbələrinin PKK terrorçularının bazalarına, gizləndikləri mağaraların girişlərinə endirildiyini söyləyərək əlavə edib: “Əməliyyat İraq və Suriya ərazisindən Türkiyənin təhlükəsizliyinə potensial təhlükəni məhv eləmək məqsədi ilə aparılıb. Türkiyə ordusunun bütün fəaliyyəti BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanır. Həmin maddəyə görə, hər bir dövlətin özünü müdafiə eləmək hüququ var. Əməliyyat zamanı əsasən yerli istehsal olan silahlardan istifadə olunub. Terrorçular ciddi itki veriblər. Çox sayda terrorçu zərərsizləşdirilib”.
Hürr Tərcüman