📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qış təzə girib, nazir isə yaylağa çıxmaqdan danışır

2021-12-03 16:56:00

Qış təzə girib, nazir isə yaylağa çıxmaqdan danışır

“Gələn il Qarabağın yaylaqlarına mal-qaranın köçürülməsi nəzərdə tutulur. İşğaldan azad edilmiş ərazilərin yaylaqlarının potensialından istifadə etməklə bağlı layihələr növbəti ildə davam etdiriləcək”, - kənd təsərrüfatı naziri İnam Kərimov Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nun “Qarabağa böyük qayıdış: Dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya” panelində belə deyib.

Onun sözlərinə görə, köç üçün hazırlıq işlərinə artıq başlanılıb.

Xatırladaq ki, ötən yay Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə bəzi qoyunçuluq və arıçılıq təsərrüfatları Kəlbəcər yaylaqlarına çıxarılmışdı.

virtualaz.org