📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Qisas“ əməliyyatının NƏTİCƏSİ: Xankəndi mühasirəyə düşür

2022-08-04 11:33:00

“Qisas“ əməliyyatının NƏTİCƏSİ: Xankəndi mühasirəyə düşür

Hərbi ekspert Ədalət Verdiyev Azərbaycan Ordusunun avqustun 3-də keçirdiyi anti-terror əməliyyatının nətcisəni dəyərləndirib.

Hurriyyet.az xəbər verir ki, ekspert "Facebook" hesabında etdiyi paylaşımda bildirib:

"Ordumuzun "Qisas" əməliyyatı zamanı əldə etdiyi yeni mövqelər faktiki olaraq Laçın dəhlizinin, rayon mərkəzinin və 6 kəndin erməni silahlılarından təmizlənməsinə, həmçinin Xankəndinin 3 tərəfdən mühasirəyə alınmasına imkan yaradır. 

"Qisas" əməliyyatından sonra Qarabağ ərazisində Azərbaycandan başqa kimsənin söz sahibi olmadığı hər kəsə məlum oldu. 

Arayikin, Vitalinin, Vovanın və digər gələcək Qobustan həbsxanasının sakinlərindən səs-soraq yoxdur".