📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qita Qopinat: Rusiyaya qarşı sanksiyalar ABŞ dollarının dominantlığını zəiflədir...

2022-03-31 14:42:00

Qita Qopinat: Rusiyaya qarşı sanksiyalar ABŞ dollarının dominantlığını zəiflədir...

Rusiyaya qarşı sanksiyalar ABŞ dollarının dominantlığını zəiflətməklə təhdid edir. Bu barədə Beynəlxalq Valyuta Fondunun rəsmisi bildirir. 
Ukraynadakı müharibə qlobal maliyyə sisteminin daha da “parçalanmasına” səbəb ola bilə. Bu barədə yüksək rütbəli məmur, BVF-nin idarə direktorunun birinci müavini Gita Qopinat xəbərdarlıq edir. O bildirib ki, Rusiyanın işğalından sonra Qərb dövlətlərinin ttbiq etdiyi kütləvi tədbirlər, o cümlədən onun mərkəzi bankına məhdudiyyətlər ayrı-ayrı ölkələrdən ibarət qruplar arasında ticarətə əsaslanan kiçik valyuta bloklarının yaranmasına təkan verə bilər. “Dollar bu vəziyyətdə belə əsas qlobal valyuta olaraq qalacaq, lakin şübhəsiz ki, daha kiçik səviyyədə parçalanma mümkündür”, deyə Qopinat "Financial Times"a müsahibəsində bildirib. "Bəzi ölkələr ticarətdə ödəniş üçün istifadə olunan valyutanı yenidən nəzərdən keçirdikləri zaman biz bunu artıq görürük", deyə Qopinat fikrini ifadə edib. 

Ülviyyə, Hurriyyet.az