📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qiyamçı general Həftər prezidentliyə namizəd oldu

2021-11-16 17:59:00

Qiyamçı general Həftər prezidentliyə namizəd oldu

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadən xəbər verir ki, Liviyanın şərqindəki qeyri-qanuni silahlı qüvvələrin lideri, hökumətə qarşı silah qaldırmış general Xəlifə Həftər ölkədə 24 dekabr tarixində keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürdüyünü bildirib. Həftər açıqlamanı özünə yaxın olan televiziya kanallarından birində nümayiş etdirilən video müraciəti vasitəsi ilə verib.

Həftər 2019-cu ildə Tripolidə başladığı hücumlar zamanı hərbi cinayətlər törətmək və insan hüquqlarını pozmaqda ittiham edilir.

Həftər deyib: “Demokratiyanın qaydalarına uyğun olaraq, razılaşdırılmış yol xəritəsinin həyata keçirilməsi çərçivəsində və Allaha güvənərək prezident seçkilərində namizədliyimi irəli sürürəm”.

 

Hürr Tərcüman