“Qiymətlər istəyir 10 dəfə bahalaşsın, ruzini verən Allahdır” - Tahir İmanov
2023-01-13 22:27:00
“Ruzini verən Allahdır. Ona görə də mən bahalaşmadan çox da narahat deyiləm”.
Hurriyyet.Az bildirir ki, bu sözləri Bakupost.az-a Əməkdar artist Tahir İmanov unun və bir çox ərzaq məhsullarının bahalaşmasına münasibət bildirərkən deyib.
O, bildirib ki, bu məsələləri əslində, siyasətçilər, iqtisadçılar şərh etməlidir:
"Mən bu haqda heç nə deyə bilmərəm. Ən azından ona görə ki, siyasətçi deyiləm. Bununla bağlı siyasətçilər danışsınlar. O ki qaldı bahalaşmaya, ruzini verən Allahdır. Mən Allaha təvəkkül edirəm. İstəyir 10 dəfə bahalaşsın. Allah ruzini verirsə, problem yoxdur".