📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qiymətlər kəskin artır, böyük şoklar var - Yellen

2022-06-02 09:21:00

Qiymətlər kəskin artır, böyük şoklar var - Yellen

ABŞ-da inflyasiyanın tempi ilə bağlı ötənilki şərhlərimdə səhvlərə yol vermişəm.

Hurriyyet.az xəbər verir ki, bu barədə ABŞ maliyyə naziri Canet Yellen deyib.

O, iqtisadiyyatda enerji və ərzaq qiymətlərinin gözlənilməz şəkildə artdığını, böyük şoklar yaşandığını bildirib:

“Bu prosesləri tam olaraq anlamadım. İnflyasiyanın gedişatı ilə bağlı yanıldım. İnflyasiya ABŞ prezidenti üçün başlıca məsələlərdəndir. Bayden FES-in inflyasiyanı endirmə hədəfini dəstəkləyir və bankın müstəqil olduğuna inanır. İnflyasiya çox yüksəkdir, enməlidir”.