📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qız uşaqlarının sayının azalması Azərbaycan əhalisini sürətlə qocaldır – İQTİSADİ İNKİŞAFIMIZI İSƏ CİDDİ TƏHDİD EDİR

2022-10-11 12:16:00

Qız uşaqlarının sayının azalması Azərbaycan əhalisini sürətlə qocaldır – İQTİSADİ İNKİŞAFIMIZI İSƏ CİDDİ TƏHDİD EDİR

Bu gün - 11 oktyabr BMT Baş Assambleyasının qərarı ilə Beynəlxalq Qızlar günü kimi qeyd edilir.

Bu qərar 2011-ci il dekabr ayında verilib. Amma ilk dəfə 2012-ci il oktyabrın 11-də qeyd edilib. Bu gün Beynəlxalq Qızlar Günü bir çox ölkələr üçün aktual olan uşaq nigahlarına həsr olunub. Orta hesabla 20-24 yaş arasında olan hər üç qadından biri 18 yaşına çatmamış ərə gedib. Uşaq nigahı əsas insan haqlarının pozulması deməkdir və qızların həyatının bütün aspektlərinə mənfi təsir göstərir. Erkən nigahlar qızları uşaqlıq çağından məhrum edir. Onları zorla təhsildən əl çəkməyə məcbur edir.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən nikah və boşanmalar üzrə informasiyalar dəhşətlidir. 2022-ci ilin statistik məlumatlarından da görünür ki, yeni doğulan körpələrin cins tərkibində ciddi disbalans yaranıb. Əgər 2015-ci ildə yeni doğulan oğlan uşaqları 51.8 faiz, qız uşaqları 48.2 faiz nisbətində idisə, 2022-ci ildə oğlan uşaqlarının doğuş üzrə statistikası 54 faizə qədər yüksəlib, qız uşaqlarının doğuş statistikası isə 46 faizə qədər azalıb. Ölkə əhalisinin tərkibində 1-15 yaşlı uşaqlar 22.3 faiz təşkil edir. Əhalinin 16-64 yaş üzrə sayı 72 faiz təşkil edir. 65 yaş və ondan yixarı əhali sayı 5.7 faiz təşkil edir.

Bu bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, Azərbaycan əhalisi sürətlə qocalır. Eyni zamanda əhalinin artım tempi üzrə göstəricilər də aşağı düşüb. Dünyaya ilk körpə gətirən anaların yaş qrupu üzrə də qocalma var. Xüsusilə də son illərdə ilk dəfə ana olan qadınlar arasında 40-50 yaş arasında olanların sayı çoxalıb. Bunun müxtəlif sosial səbəbləri var. Ən başlıcası isə ginekoloji problemlər, sosial təminat məsələridir.

Azərbaycanda qızların sayının azalması insan müdaxiləsinin göstəricisidir”  - Deputat » Azxeber.com Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər  və müsahibələrin tək ünvanı

Bir dövlətin iqtisadi inkişafında əhali artımı xüsusi rol oynayır. Əhali artımı üzrə müsbət göstəriciləri səciyyələndirən bir sıra amillər var. Bunlardan ən vacib olanı gender balansının pozulmamasıdır.

Hələ 2011-ci ildə doğulacaq uşağın cinsinə görə seçimlə bağlı AŞPA-nın 1829 saylı qətnaməsi var idi. Qətnamədə Azərbaycan da daxil olmaqla bir sıra ölkələri hədəfə alaraq, bu ölkələrdə doğulan uşaqların cinsə görə nisbətinin pozulmasının “narahatlıq doğuran səviyyəyə çatmasını” qeyd olunurdu.

Gender bərabərliyinin pozulması, cinsi istehsal statistikasında doğilacaq uşaqların cinsinə görə təyin edilməsi demoqrafik problemlərin yaranmasına gətirib çıxarır.

Bundan başqa əhalinin güvənli sosial təminatı, işsizlik və gələcək perpektivlərlə bağlı narahatçılıqlar sonuc olaraq əhalinin qocalmasına gətirib çıxarır. Bununla aktiv əhali kütləsi azalır. Gənclərin sayının azalması bir ölkə üçün iqtisadi inkişafa mane olan əsas faktordur. Avropa bu problemdən uzun illərdir ki, əziyyət çəkir. Şərqdə həm yeni əqli mülkiyyət bankının formalaşdırılması, həm də işçi qüvvəsinin yetərli səviyyədə olması statistikası artıq ciddi şəkildə dəyişir. Və təəssüf  ki, Azərbaycanda da azuşaqlı ailələr və doğulacaq uşaqlarının cinsinə görə dünyaya gətirilməsi halları artıb.

Bu da əlbəttə ki, ciddi bir problemdir.

"Hürriyyət"