📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qızıl Azərbaycanın qeyri-neft ixracında liderdir

2026-10-29 16:30:18

Qızıl Azərbaycanın qeyri-neft ixracında liderdir

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında ən yüksək göstərici qızılın payına düşüb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac İcmalı”nda məlumat verilib.

Hesabata görə, hesabat dövründə 313,1 milyon dollar dəyərində qızıl, 213,5 milyon dollar dəyərində mis filizi və konsentratları, 172,3 milyon dollar dəyərində tomat ixrac olunub.

Bundan başqa, şəkər və şəkərdən hazırlanan qənnadı məmulatlarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə, alüminium ixracı 41 faiz, qara metallardan hazırlanan məmulatların ixracı isə 32,2 faiz artıb.