"Qızıl" qazanan Hüseynov üzünü kameraya tutdu və... - VİDEO
2021-10-08 23:54:00
Azərbaycanın yunan-Roma güləşçisi Rafiq Hüseynov Norveçin paytaxtı Oslodakı dünya çempionatında final görüşünə çıxıb.
82 kiloqram çəki dərəcəsində güləşən pəhləvanımız həlledici görüşdə türkiyəli rəqibi Burhan Akbudaka 2:1 hesablyla qalib gələrək qızıl medal qazanıb.
Hüseynov qarşılaşmadan sonra üzünü kameraya tutaraq, "Ata, oğlun dünya çempionudur" sözlərini deyib. \\Offsideplus.az