📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qızıl və gümüş bahalaşıb

2026-02-18 09:36:42

Qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,90% artaraq 4950 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 2.58% artaraq 75.44 ABŞ dolları olub.