📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qızıl və gümüş cüzi ucuzlaşıb

2026-02-12 10:12:39

Qızıl və gümüş cüzi ucuzlaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,05% azalaraq 5 095,81 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 0,18% azalaraq 83,77 ABŞ dolları olub.