📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qızıl və gümüşün qiymətləri tarixi maksimumunu yeniləyib

2026-01-28 09:29:35

Qızıl və gümüşün qiymətləri tarixi maksimumunu yeniləyib

Əmtəə bazarlarında qızıl və gümüşün bir troya unsiyası (31,1 qram) üzrə fyuçers qiymətləri tarixi maksimumunu yeniləyib.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 2,96% artaraq 5 272,11 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 8,89% artaraq 115,375 ABŞ dolları olub.