📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qızılın qiyməti artımdan sonra enişə doğru yönəlib

2026-04-15 11:02:07

Qızılın qiyməti artımdan sonra enişə doğru yönəlib

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb.

"APA-Economics" birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin iyun fyuçerslərinin dəyəri 0,24% azalaraq 4 838,65 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti isə 0,17% ucuzlaşaraq 79,4 ABŞ dolları təşkil edib.