📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qızılla zəngin Başqırdıstanda ermənilər ağalıq edir - qiyamçıların üstünə OMON göndərildi

2024-01-17 13:33:06

Qızılla zəngin Başqırdıstanda ermənilər ağalıq edir - qiyamçıların üstünə OMON göndərildi

Hurriyyet.az xəbər verir ki, Başqırdıstanda OMON (отряд мобильный особого назначения - Rusiya Qvardiyasına daxil olan xüsusi təyinatlı mobil dəstə) ilə etirazçılar arasında toqquşma baş verib.
Yerli sakinlərin məlumatına görə, regionda "Votsap" (What’s App) şəbəkəsi əngəllənir.
Baymak şəhərində Kuştau dağının saxlanılmasının tərəfdarı olan Fail Alsınovun məhkəməsi keçirilib, onu ekstemizmdə ittiham edərək dörd il cəza veriblər. Minlərlə adam məhkəmə binasının qarşısına toplaşıb.
İstintaqın iddiasına görə, ötən ilin aprelində aksiyaların birində Alsınov başqırd dilində çıxış edərək, qızıl mədənlərində çalışan miqrantların əleyhinə danışıb. İttihamçılar bu çıxışların milli ayrı-seçkiliyin qızışdırıldığını iddia edirlər.
Omonçular dubinkalarla toplaşanları sıxışdırıblar və insanların toplaşdırları yerlərə tüstü qumbaraları atıblar.
Qeyd edək ki, Rusiya Federasiyasının tərkibində olan Başqırdıstan Respublikasında son illərdə ermənilərin fəallağı artmaqdadır. 2018-ci ildən respublikaya rəhbərlik edən Radiy Xabirovun icazəsiylə ermənilər türkdilli respublikanın var-dövlətini talan etməklə məşğuldurlar.
Radiy Xabirovun (1964) özündən 22 yaş kiçik olan ikinci arvadı Karine Avetisyan (1982) millyyətcə ermənidir.
Ermənilərin respublikadakı özbaşınalığına qarşı çıxış edən digər fəal Ramilya Saitova da bir neçə il bundan əvvəl həbs edilmişdi.
Hürr Tərcüman