📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qızımı çox sıxıram" - Vasif Məhərrəmli

2022-06-03 22:52:00

"Uşağa tərbiyyəni ana verir. Atanın bunun üçün kifayət qədər vaxtı yoxdur. Uşaqlar atanı nə qədər çox istəsə də, anaya bağlı olurlar".

Bu sözləri Əməkdar artist Vasif Məhərrəmli "Günün sədası" proqramında deyib. Müğənni övladlarından, qızı Əfşandan danışıb:

"Qız övladı böyüdükcə mahiyyətinə varırsan ki, çətinlikləri var. Şükür, qızım ağlıbaşında və tərbiyəlidir. Zaman-zaman məndən küsür. Onu çox sıxıram. Bunun səbəbi isə odur ki, onun yaxşı olmasıdır. İstəyirəm gələcəyi yaxşı və parlaq olsun". \\Azmedia.az