Qobustanda ağır qəza - 27 yaşlı sürücü öldü
2026-08-08 13:20:37
Dünən saat 23 radələrində Qobustan rayonunun Təklə kəndi ərazisində ağır yol qəzası baş verib.
“Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq işıq dirəyinə çırpılıb. Nəticədə, sürücü 27 yaşlı Emil Əmralıyev hadisə yerində ölüb.
Araşdırma aparılır./Qafqazinfo/