📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qobustanda avtomobil aşdı, sərnişin öldü

2026-03-27 18:52:19

Qobustanda avtomobil aşdı, sərnişin öldü

Bu gün saat 12 radələrində Bakı-Şamaxı avtomobil yolunun Qobustan rayonu ərazisindən keçən hissəsində “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

“Qafqazinfo” xəbər verir ki, nəticədə nəqliyyat vasitəsində olan sərnişin - 67 yaşlı Məzlumə Xəlilova aldığı xəsarətlərdən hadisə yerində həlak olub.

DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.