📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qobustanda nənə və nəvə dəm qazından öldülər

2026-02-10 20:54:49

Qobustanda nənə və nəvə dəm qazından öldülər

Qobustanda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb.

Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, hadisə günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib. İlkin məlumata görə, 68 yaşlı Qızbacı Mədətova və onun 13 yaşlı nəvəsi Gülmalı Mədətov hamamda dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

Hazırda ölümün dəqiq səbəbi və hadisənin təfərrüatı müvafiq qurumlar tərəfindən araşdırılır.