📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qolan təpələri atəşə tutulub

2024-07-26 18:07:23

Qolan təpələri atəşə tutulub

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, "Hizbullah" təşkilatı Qolan təpələrinin ətəklərindəki Şebaa rayonunda yerləşən İsrail kazarmalarına zərbələr endiriblər. Bu barədə məlumat təşkilatın "Teleqram" kanalında yerləşdirilib.
Digər əməliyyat isə Kfar Şuba təpəsindəki komanda məntəqəsinə və kazarmalara qarşı, "Katyuşa" qurğularından zərbələr endirməklə aparılıb.
İsrail ordusu cavab olaraq "Hizbullah" təşkilatının Raşaya əl Fuhhar və Əl Xabariyyə məntəqələrindəki mövqelərini atəşə tutublar.
Hürr Tərcüman