Qondarma "Donetsk Xalq Respublikası"nın qondarma rəhbəri "Mustafa" dedi
2022-02-11 14:35:00
Donetsk Xalq Respublikası Ukraynanı Rusiya və Belarusun ittifaq dövlətinin bir hissəsi kimi görmək istərdi. Bunu qondarma DXR rəhbəri Denis Puşilin deyib.
Onun sözlərinə görə, Donbass sakinləri ağıllı fikir yürüdürlər və gələcək nəsillərin taleyi haqqında düşünürlər.
“Biz Ukraynanı Rusiya və Belarusla birlik dövlətinin bir hissəsi kimi görmək istərdik. Təbii ki, bu, indiki Ukraynaya aid deyil”, deyə Puşilin bildirib.
Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova daha əvvəl bildirmişdi ki, İttifaq dövlətinin qapıları bütün ölkələr üçün açıqdır. Belə ki, o, Belarus prezidenti Aleksandr Lukaşenkonun postsovet məkanında dövlətlərin birləşməsi perspektivi ilə bağlı bəyanatını şərh edərkən bu fikri ifdə etmişdi.
Ülviyyə, Hurriyyet.az