Qondarma qurumun "administrasiyasının" başçısı İrəvanda döyüldü
2023-10-20 15:50:41
Hurriyyet.az xəbər verir ki, əvvəllə Azərbaycanın Qarabağ iqtisadi rayonundakı separatçı rejimin rəhbərliyi altında yaşamış ermənilər İrəvanda etiraz aksiyası keçirblər. Onlar qondarma “prezident” Samvel Şahramanyanın qondarma "administrasiyasının başçısı" Karen Şamramanyana hücum edərək onu döyüblər.
Əvvəlcə münaqişə “admisitrasiya”nın nümayəndələri ilə “rəiyyət”in arasında baş verib. Karen Şahramanyan işə qarışandan sonra vəziyyət daha da gərginləşib. Polis dalaşanları sakitləşdirməyə çalışsa da, buna nail ola bilməyib. Ardından binaya giriş asayiş keşikçiləri tərəfindən əngəllənib.
Hürr Tərcüman